Aləmzər Sadıqqızı - Dunyadı...

Ədəbiyyat 17:50 / 09.11.2026 Baxış sayı: 335

 

Bir də görərsən ki,köçüb getmisən...

Bir də görərsən ki, yalan dünyadı...

Birisi var yıgar, biri məhəbbət ...

Kimin qisməti talan dünyadı!

 

Ömür də qismətdi, sevgi də qismət...

Yeyər ürəyini bir ömür həsrət

Döyər qapımızı ölüm nəhayət...

Balanı anadan alan dünyadı!

 

Aləmin ürəyi bir zərif çiçək

Yağdı ürəyinə dərd ətək-ətək

Sanırdı sevgisi heç bitməyəcək...

Hər şeyi gözündən salan, dünyadı...

8.11.2025.