Xəyalə Sevil - Nə başladı, nə də bitti tərs kimi,
Nə başladı, nə də bitti tərs kimi,
Alışmadım, yanıb-yanıb sönəm də.
Səni ürəyimdə gizləmədim ki,
Döyündükcə döyüləsən sinəmdə.
Vur üzümə, çıx qarşıma, bəsdi de,
Ya məni, ya da ki yolu dayandır.
Közərməklə bitən deyil bu həsrət,
Ya bir yolluq söndür, gedim, ya yandır.
Məni bir də məhəbbətə inandır,
Çıxaq ayrılığı, görək nə qalır.
Sənsiz canım çıxmır, nə yalan deyim,
Sənsiz canım zərrə-zərrə azalır.