Saqif  Qaratorpaq - Bu gecə də gəlmədin...

Ədəbiyyat 21:36 / 09.11.2026 Baxış sayı: 168

Bu gecə də gəlmədin...

çox gözlədim səni,çox...

Hər səsə,hər hənirə qaçdım,

ürəyim əsdi...

Dedim,yemək bişirim,

bir az qarışsın başım,

Düşündüm hələ acsan...

bıçaq əlimi kəsdi...

Pəncərənin önündə bitdim səhərə kimi,

Yağan yağışa baxdım...bilsən necə darıxdım...

Görən yanırmı soban?

Görən istimi yuvan?

Yoxsa yağışa baxıb sən də köks ötürürsən?

Ölürsən bir zəng üçün...özünü bitirirsən?

Bu gecə də gəlmədin,

gözlərimi qırpmadım,

Dan yeri də söküldü...

Yağan yağış da kəsdi...

Yenə işə tələsdim...

Özümə söz vermişəm,sənə zəng etməyəcəm,

Pəncərənin önündə sübhəcən bitməyəcəm...

Bu xaraba ömürdən ötdü bir gün də belə...

Yenə işə gedirəm...

Yenə yadıma düşdün...

Yenə ürəyim əsdi.

Nə olar,bir zəng elə..