Bəhram Bilaloğlu -Mənə məhəbbətin özünü göstə

Ədəbiyyat 23:40 / 09.11.2026 Baxış sayı: 1184

Mənə məhəbbətin özünü göstər,

Demə ki, məhəbbət güldür,çiçəkdir.

Ey mənim nigarım,sevgim,günəşim,

Sənə tək hədiyyəm çırpan ürəkdir.

 

Sahildən boylanma dərya,dənizə,

Ümmanın özüyəm gəl,düş izimə.

Sənə məhəbbəti verən gözümə,

Gələn məhəbbətin özü dirəkdir.

 

Ləpələr yaysalar haqqı,sədanı,

Aşiqlər yaşayar,deməz vidanı.

Əxlaqla qorusan belə ədanı,

Sevənlər yoluna bil ki,ləçəkdir.