Şakir  Xanhüseyn -OLMADI

Ədəbiyyat 12:00 / 09.05.2026 Baxış sayı: 173

 

Tükü tükə tutdunsa da,

diləyin hasil olmadı.

Bax, quru görünsün deyə

gözünü ha sil, olmadı...

 

Dərdə oyna, bir sevin də;

səni ancaq dərd sevir də.

Əsil birinin evində

sərməyə həsir olmadı...

 

Nə qaynayır qazanında,

xoşdur elə yavanın da...

Ağır anında

yanında,

heyif, heç kəsin olmadı...