Şakir Xanhüseyn - İLAHİ ƏLLƏR

Ədəbiyyat 11:00 / 16.01.2026 Baxış sayı: 2131

 

bir çiynimizdə ata,

birində ana əli;

günah yazmaz nə ata,

bil ki, nə ana əli.

indi bizim uçmağa

qanadımız yoxdu ki?

biri ata əlidi,

biri də ana əli...

zənn eləmə bu sözüm

bir aldı, ya da hiylə;

hər ağrımız sovuşub

ata,

ana əliylə...

dağ ucaltmaq istəyib

insan yanıb külündən;

təmiz suyu içmişik

ata,

ana əlindən...

bir yandan işıq ələr,

bir yandan kölgə salar;

həmişə üstümüzdə

ata əli var,

ana əli var...