Sabir Zəkullaoğlu : - Dil canlı orqanizmdir.

YAZARLAR 15:39 / 19.04.2024 Baxış sayı: 1015

 

Canlıdırsa demək bu canlı orqanizm qidalanmalıdır. Qidalanmalıdır deyərkən, bunun tək yolu dilimizə yeni, alınma sözlərin daxil olmasıdır. Bu yolda dilçi alimlər, xüsusi mütəxəsslər olmaqla yanaşı, adi sıravı vətəndaşın da qatqısı ola bilər. Zatən dilin təməlində şifahi xalq yaradıcılığı durur. Daha sonra alınma sözlərlə dil bir qədər də zənginləşir..

Bəzən dilimizə daxil olan, yeni alınma sözlərə qısqanclıqla yanaşanlar olur. Hətta dilimizin zəngin olmasını iddia edənlər də var..

Ancaq bu heç də belə deyil.

Əgər belədirsə, ortaya bir sual çıxır, yaxşı, Azərbaycan dili necə olub ki zəngin olub?

Və zənginləşib qurtarıbmı..?

Təbii ki, əsasən ərəb və fars dillərindən, həmçinin ingilis dilindən, xüsusilə elmi texniki tərəqqinin inkişafından irəli gələn alınma sözlərin sayəsində..

Deməli biz bu yolu əsrlərdir gəlməkdəyik və bütün dillər də bu yolla inkişaf edir. Necə deyirlər, görünən kəndə nə bələdçi..?

Dil nə qədər çox işlənsə, bir o qədər zəngin və işlək olar.

Əlbəttə dilimizin inkişafını ləngidən ən mühüm faktorlardan biri, ölkəmizin uzun illər işğal altında qalması faktorudur.

İki yüz il ərzində rus dili Azərbaycan dili üzərində dominantlıq təşkil etmiş, bütün elmi və əksər bədii ədəbiyyatlar rus dilində çap olunub, təbliğ olunmuşdur. Azərbaycan dilinə isə mərkəzi hakimiyyət tərəfindən ögey bir münasibət olmuşdur. Hətta bu ögeyliyin təsiri Azərbaycan ailələrindən də yan keçməmişdir. Mərkəzi hakimiyyət hər vəchlə dilimizi məişət dili səviyyəsinə endirməyə cəhd göstərmişdir.

Təbii ki, belə bir şəraitdə dilin inkişafından söhbət belə gedə bilməz..

Bir halda ki, Azərbaycan ailəsi nəinki ictimai mühitdə, hətta öz evində, öz doğma dilində yox, rus dilində danışır və bunu özü üçün prestij hesab edirsə, baxımsız dil necə inkişaf edə bilər ki..

Təsıvvür edin, Rus imperiyası türk sözünü nəinki siyasi terminaloğiyadan, hətta bədii ədəbiyyatdan da silmişdir. Baxmayaraq ki, ölkə əhalisinin böyük əksəriyyətini türklər təşkil edirdi.

Rus dilində olan sözlər iki, ərəb dilində olan sözlər isə üç dəfə Azərbaycan dilində olan sözlərdən çoxdur..

Çünki, rus dilinin özü, türk, fransız və başqa dillərdən alınmış sözlərin hesabına zənginləşmiş, imperiya dilinə çevrilmişdir.

Məsələn, rus dilində o gəldi (on priexal) ifadəsi deyilirsə, artıq gələn adamın qadın və ya kişi olduğu, həmçinin piyada yox, məhz maşınla gəldiyi bəlli olur..

Bizim dildə isə belə imkanlar yoxdur..

Ona görə də, bu məsələdə, narahatlığa, ifrat mühafizəkarlığa ehtiyac yoxdur. Gəlin bütün sahələrdə inkişafa dəstək olaq.

Zatən bu proses qarşısı alınmaz, təbii bir prosesdir.

Biz bunu sadəcə ləngidə bilərik.

Gəlin irəliyə baxaq, yeddinci əsrdın xilas olaq, iyirmi yeddinci əsrə tərf baxaq, İrəlidə bir şey görməsək də, heç olmasa istiqaməti düzgün təyin etmiş olarıq..)