Rəfail Tagızadə - Sükutlu gecə

Ədəbiyyat 11:53 / 27.08.2026 Baxış sayı: 1329

 

Göy üzü aram-aram

ulduzları qoparır.

Qolun boynuna salıb

bulud ayı aparır.

 

Yuxumu itirmişəm

bu darıxan gecədə.

Əlin qoynuna qoyub

mürgü vurur küçə də.

 

Bu sükutlu gecədə

o sevdiyin mahnını

sənin təki oxudum

əyilib ürəyimə.