Ağaevli Əli Hacı - Aramızdakı boşluqdan doğur ağrılar

Ədəbiyyat 11:00 / 27.08.2026 Baxış sayı: 1379

Aramızdakı boşluqdan doğur ağrılar,

Ağrılar itirir məsafənin ölçüsün !

Ortalığda qalmağın özüdə bir yükdür ,

Qırağa çək özünü,sev könül elçisin !

 

Duraq,ya oturaq vaxtın ağzına yemik

Tanrı sözlə bəzənir,biz səbirlə,dözlə !

İpini əllərində tut saxla dilinin,

Yoxsa,evimiz yıxılar yersiz bir sözlə !

 

Atları daşlıqlarda çapdıqları kimi,

Yalanların üzünə çapılır ömrümüz !

Dirimiz yas içində,yasda da yemək yox

Dur gedək,ortalığda qalacaq ölümüz !