Sevil Azadqızı - PAYIZ NƏFƏSİ
Ədəbiyyat
09:40 / 27.08.2026
Baxış sayı: 132
Payızın nəfəsi çöküb şəhərə,
Yorğun ləpələr də dənizdə susur.
Kədər qoxusu var küçədə, tində,
Adamı qəribə vahimə pusur.
Həsrətin əlləri tutub yaxamdan,
Sıxır ürəyimi məngənə kimi.
Yağış da bir yandan imtahan edir,
Dara çəkilibdir könlümün simi.
Sahildə boş qalan oturcaq kimi,
İslanır xəyalın gözümdə indi.
Sən gedən o andan ram olmur ürək,
Ruhum da, cismim də yalnız sənindi.
22.09.2025