Rafail Inceyurd Ismayilov : - İNDİ HARA QOYUM BU MISRALARI?
Aradım axırı boş bilənləri,
Vətəni başına daş bilənləri.
Bu yazıq dünyanın baş bilənləri
Başı olanları yesir etdilər.
Nə günə qoydular gör adamları,
Nə günə qoydular köhnə tamları?
Min yerə böldülər bütün tamları,
Araya xətt çəkib kəsir etdilər.
Naşılar nə desin? Yazır qananlar,
Gerçəyin qəbrini qazır qananlar.
Hər gün intihara hazır qananlar
Düzü ayaq altda həsir etdilər.
Hər zaman, hər yerdə var olan Allah
Bəs niyə görk edib eləmir agah?
Günah eləyirəm, əstafürullah –
Yoxsa, Rəbbi də mi əsir etdilər?
Yox, aşa bilmədim mən bu hasarı,
Boylana biləydim üstündən, barı…
İndi hara qoyum bu misraları –
Sözümü ruhuma nəzir etdilər.
12.10.26