Elnur  Uğur  Abdiyev -Neftçaladan- Şuşayadək,

Ədəbiyyat 16:33 / 14.10.2026 Baxış sayı: 613

Neftçaladan- Şuşayadək,

Az yol çəkmədi gözlərim.

Bu günü dünən, biri gün,

Elə həsrətlə gözlədim.

 

İnandım başından elə,

Sonuna, yurdum, ordumun.

İnandım bir gün gələcək,

Bəxti güləcək yurdumun.

 

Yoldaşım oldu inamım,

Sirdaşım oldu ümidim.

Bildim illərlə döyüşdə,

Qələbə mənimdi, mənim.

 

Qalib olmaq ayrı hisdi,

Ona ürəkdən yol keçir.

Qalib oğulun boynuna,

Nə qədər desən qol keçir.

İndi gözlərimlə deyil,

Əlimlə çəkirəm yolu.

Laçınım, başına dönüm,

Ey Şuşam, qurbanın olum!