Əlizadə Nuri -  Çiçək olmaq zülüm işmiş

Ədəbiyyat 15:42 / 14.10.2026 Baxış sayı: 670

 

Gedir suların savaşı,

Axan selin içində.

Bizimki köz axtarmaqdı

Köhnə külün içində...

 

Dərd pir olub-biz nəzirik,

Fərman gəlsə- müntəzirik.

Dirilik suyu gəzirik

Biz bu lilin içində.

 

Ümid nəymiş?- sınıq dişmiş,

Bu ömür də bir gərdişmiş.

...Çiçək olmaq zülüm işmiş

Bu zibilin içində