Əlirza HƏSRƏT - BU PAYIZ BİR "SARI GƏLİN"Dİ ELƏ

Ədəbiyyat 20:45 / 14.10.2026 Baxış sayı: 510

 

"Vağzalı" səsidir Göy gurultusu,

Bu payız bir "Sarı gəlin"di elə.

Çiynimə bir yarpaq düşdü budaqdan,

Dedim,bəlkə sənin əlindi elə.

 

Şimşək işığıdır bu eşqə butan,

Durna qatarına daş atmaq xətan.

Payız nəğməsiylə başını qatan,-

Sənin ürəyindi,dilindi elə.

 

Bir qərib ahına düşüb yanırdıq,

Yağışı bu oda məlhəm sanırdıq.

Buludun altında daldalanırdıq,

Gün çıxdı,yerimiz bilindi elə.