Fərhad Tapdıqoğlu -  Yuxumu oğurlayır gecələr...

YAZARLAR 16:11 / 14.10.2026 Baxış sayı: 691

 

Düşüncələr

Həmdəmim ,həmdərdim olan növbəti gecə yuxumu oğurlayıb, öz qaranlıq ağuşunda gizlədib.

Əvəzində xəyallarım yanımdadır.Xəyallarımın qanadlarının üstündə oturub, uçuram atalı-analı,kəndli-kəsəkli ,elli-obalı günlərimə...

Nə yaxşı ki,xəyallarımı təqib etmirlər...

Bu gecə ən yaxın dostum ,sirdaşım xəyallarımdır .

Bir azdan Səhər qapımı döyüb ,məni xəyallarımdam ayıracaq...

Hələ ki ,uçuram...

Körpəliyimdən qocalığıma gedən yoldayam...

=

Darıxmağım ömrünün qış fəslini yaşayır...

Darıxmağımın qışı soyuq keçir,çox soyuq...

Üşüdür tir-tir titrədir məni darıxmağımın qışı...

=

Sağ ayağına ayaqqabının sol tayını ,sol ayağına isə sağ tayını geyinən ( taykeş) uşaq kimiyəm...

Sıxıntı...büdrəmələr...

=

Üzümə açılan səhərlərin gözləri çox zəifləyib...eynək taxırlar üzümə açılan səhərlər...

Səhərlərimin gözləri müayinə olunmayıb ki,müalicə olunsunlar...özləri seçiblər eynəyi...

Səhərlərimin taxdıqları eynək yaxını görmək üçündür deyəsən...

Mən isə Səhərlərin gözlərindən uzaq düşmüşəm, uzaqlardayam... görmürlər məni...

Fərhad Tapdıqoğl