"Müharibə veteranlarına 80 manatın verilməsi gülüncdür" - Vahid Əhmədov

Gündəm 15:04 / 27.05.2024 Baxış sayı: 1086

 

"Hər il Dövlət Sosial Müdafiə Fondu kifayət qədər qalıq saxlayır. Məsələn, İşsizlikdən Sığorta Fondunda 56 milyona yaxın ehtiyatınız var, onun 3 milyonunu xərcləyirsiz, 53 milyonu qalır. Bu qalığı saxlamqda məqsəd nədən ibarətdir? Bu vəsait planlaşdırılıbsa, xərclənməlidir. Bir neçə dəfə məsələ qaldırdıq ki, əhaliyə verilən 300 manatı artırıb 500-600 edin və qalıq olmasın".

Yenises.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcəyə dəyişikliyin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

O bildirib ki, deputatların demək olar hamısı müharibə veteranlarına verilən 80 manat məsələsini qaldırırlar: "Bu məbləğin verilməsi ayıbdır. Belə inkişaf etmiş dövlət müharibə veteranına 80 manat verir. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları məlumat verirlər ki, guya 80 manat bütün kommunal xərcləri ödəyir. 80 manatın verilməsi gülüncdür. Bu məsələyə baxılmasını xahiş edirəm".(unikal)