MEHDİ CALA L -  İllərin o başından boylanan şeir 

Ədəbiyyat 20:49 / 06.10.2026 Baxış sayı: 321
                                                                 

Təzə aşiqlər kimi

susur, - “tutulur” dilim,

- Bəlkə də sevgi budur,

- Sevmişəmmi, nə bilim?!

Səndən gendə,- Mən sənə

hər şeyi danışıram,

Qayğıları "çəkirəm",

işinə “qarışıram”.

Ürək səninlə gedir;

İşə, dükan-bazara.

Hərdən də eymənirəm;

Biz hara, sevgi hara?!

Əl atıram telefona,

nəsə söz tapım, deyim.

Yenə də çəkinirəm;

Qoy biraz da gözləyim!

Neçə ildi dəyişmir

bu rəsmiyyət, bu qayda,

Arzular vağam olur,

gündə, həftədə, ayda...

Telin sığala həsrət,

əllərim əllərinə.

Nə haqla hesab verək

ömrün boş illərinə?!

Mənimtək duyan olmaz

qəlbin intizarını,

Bu fanidə mümkünmü

tapmaq könül yarını?!

Üstümüzə ələnir

tale aldanışları;

Eh!.. mənə ümid olma,

- Sən özün danış, barı!..