Ehtiram Ilham - ÇEVİR
Kiməsə nahaqdan ağız açmadım,
Hər fəryad-ahımı başına çevir.
Özüm pampax oldum, qazanmadığım
varımı-yoxumu başına çevir.
Doğrudan danışdım, halaldan dedim,
Haqqın dərgahına belə də gedim.
Gələn dünənimdən yan keçirmədim,
Ötən sabahımı başına çevir.
Bir mafrax can qalıb, haracan çatar?
Boş-boş nağıllarla başımı qatar...
Balalarına qurban bir Ehtiram var,
Mənim qul haqqımı başına çevir.
3.10.26.