İdris Babayev - GEC DƏ OLSA, YUXUSUNA GƏL BARI.
Bəndlərini göz yaşınla yuduğun,
O Şeirim sənsiz yaman darıxır.
Göz yaşının izi qalan varağa,
İndi mənim yanağımdan qan axır.
Görüş yerin çırağbana döndərən,
Gözlərindi o şeiri yazdıran.
Ay nainsaf, düzün danış, qoy bilim ,
Kimdi səni doğru yoldan azdıran.?
Yaşasan da zər-zibanın içində,
Pay olacaq sənə qalan qəm, kədər.
Mən sevəntək səni kimsə sevəmməz,
Ay ömrümə qılınc çalan bəxtəvər.
Yataqdadlr, İdris sənsiz verir can,
Gec də olsa yuxusuna gəl barı.
Harayına gəlməsən də aşkarda,
Yarasını yuxularda gəl sarı.