Ayrılıq əkilir hər gün torpağa - Şahverən Cavad

Ədəbiyyat 15:00 / 05.07.2026 Baxış sayı: 362

 

İnsan doğulandan səfər eyləyir ,

Dünya ölümlərçün - son dayanacaq .

Ayrılıq əkilir hər gün torpağa ,

Ölümlər başdaşı doğurlar , ancaq .

 

Ətəyi gödəlib gecələrimin ,

Yuxum qaçaq düşüb , gözümdə yatmır .

Qanadı qırılıb dualarımın ,

Kasıb arzusu tək Allaha çatmır .

 

Qışda bəxti yatan o bənövşəni ,

Yüz bahar yığışa , oyadan deyil .

Alın yazısına qoşulub gedən

Gəncliyim bir daha qayıdan deyil .

 

Həya saxlayıblar bahar xanımdan ,

Geyib libasını lüm - lüt ağaclar .

Ölümü mələklər gətirir - şükür !

Payız mələk deyil - talayır- nə var !

04 . 07 . 2026

Türkiyə . Samsun şəhəri