: Həzi Həsənli : - Bu, həyatdı...

Bu, həyatdı, rast olmuşam,
Bir adamla dost olmuşam,
Xoşrəftardan məst olmuşam,
Dostluğumuz şirinləşib...
Xətrini istəmişəm ki,
Dost kimi dost olsun təki,
Bilmirəm, nə demişəm ki,
Dostarası sərinləşib...
Yaxından tanıdım bir də,
Tanıdım özgə xətirdə,
Unutdu durduğum yerdə,
Nəysə, səbəb dərinləşib.
Halal dostlar az tapılıb,
Halaldan halal yapılıb,
Əyri düz yoldan sapılıb,
Haramzadə harınlaşıb.
15.11.2023