Vahid Paşayev : - sən anlıyirsanmı darıxmaq nədir? 

YAZARLAR 12:05 / 07.06.2025 Baxış sayı: 2049

 

...sən anlıyirsanmı darıxmaq nədir? Mən bilən yox.

Sən hardan biləsən ölüb-dirilmək nədir?

Darıxmaq həsrətin özüdür,nigarançılıqdan ərimək,göz yaşlarında boğulmaq,gecələri yuxusuz başa vurmaqdır.Xoş xəbər olsun,ya da bəd xəbər-- fərq etməz,sevinclə kədər arasında çaşıb qalmaqdır darıxmaq.Günəşin doğmasını səbrsizliklə gözləmək, batmasını ondan da çox hövsələsizliklə atzulamaqdır.

Darıxmaq nəm çırpı kimi asta-asta,kırın-kırın yanmaq,burum-burum tüstülənməkdir,quruyan çayların gözünü göylərə dikib,ümidini leysan tökəcəyinə bağlamaqdır

Darıxmağın nəticəsi münbit olmayan,yararsız torpağa əkilən zərif fidanların aqibətinə bənzər,çox keçmədən susuzluqdan,havasızlıqdan yenicə pürkələyən yarpaqları solar,boynu yanı üstə düşər,...