Qəşəm İsabəyli : - GİCƏLƏK RUHLAR

Ədəbiyyat 20:00 / 05.07.2025 Baxış sayı: 1299

 

Dünyadan köçən

Feyzbuk dostlarımızın

Gicələk qalmış müqəddəs ruhları –

Başsız atlı kimi

Tez-tez çıxırlar qarşımıza.

Rəhm umur,

Sınağa çəkirlər səxavətimizi–

“Dostluğunuza qəbul edin bizi!”