Adilə Nəzər : -ARZULAYIR

Gözlər ruhun pəncərəsi,
Ruhum səni arzulayır.
Su torpağın tər nəfəsi -
Vahəm səni arzulayır...
Sən ey mənim sevgi pirim,
Daimim, əbədim, dirim,
Hərdənim, aradabirim,
Gahım səni arzulayır.
Sənə açdım pəncərəni,
Qəlb odum tutdu dərəni,
Seyr elə, gör mənzərəni
Ahım səni arzulayır.
Adilə, Onadır yolun,
Sinəndə bükülüb qolun.
Könül bağlayıb bu qulun
Şahım, səni arzulayır.
*Vahə - səhrada yaşıllığı olan (münbit) torpaq
08.06.2025