İltifat Saleh anıldı

Dünən, yəni 3 iyun 2025-ci il tarixdə AYB Lənkəran Bölməsinin və Lənkəranın Liman şəhərindəki 1 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə tanınmış şair İltifat Salehin 90 illiyi ilə əlaqədar onun uzun illər müəllim kimi çalışdığı 1 saylı tam orta məktəbində yubiley tədbiri keçirildi.
Tədbirdə şairin qələm dostları, qohumları, ziyalılar,məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Çıxış edənlər şairlə bağlı xatirələrini,onun yaradıcılığı, həmçinin AYB Lənkəran Bölməsinin sədri işlədiyi uzun müddət ərzində gördüyü işlər barədə fikir və düşüncələrini bölüşdülər.
Məktəbli şagirdləri tərəfindən şairin ifa olunan şeirləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.

