Xanım İsmayılqızı : - Ol

Ürəyimdə yarpaqların ağacdan küsən vaxtı...
Kürəyimdə əllərinin çiynimdə gəzən vaxtı...
Ol...
Gözlərimdə buludların göydən əl üzən vaxtı...
Dizlərimdə nəfəsimin ömrümdən bezən vaxtı...
Ol...
Dodağımda hisslərimin titrəyib əsən vaxtı...
Otağımda gecələrin yuxunu kəsən vaxtı...
Ol...
Qucağımda bir yoxluğun özünü əzən vaxtı...
Ocağımda dəqiqənin saata dözən vaxtı...
Ol...
Günahıyla qaranlıqdan işığın küsən vaxtı...
Pənahıyla Allahın da ruhumda gəzən vaxtı...
Ol...
2020.