Ehtiram İlham : - Çox da bənd olma bu şeirə,

Ədəbiyyat 17:14 / 09.06.2025 Baxış sayı: 1011

 

 

Çox da bənd olma bu şeirə,

Heçdi, başqa heç nə deyil.

Gəldi, döşədim də getdi,

Boşdu, başqa heç nə deyil.

 

Hayandan yol aldıq hara?

Xoş gündənmi gəldik zara?..

Bizdən sona qalan, qara

Daşdı, başqa heç nə deyil.

 

Şirin yuxulara verən,

Taleyi ömürtək görən.

Hər gün başımıza gələn

İşdi, başqa heç nə deyil.

 

Başının tükləri sanı

Gül-çiçəkdən geysə donu,

Bütün baharların sonu

Qışdı, başqa heç nə deyil.

 

Bu hay-haray, bu səs-səmir,

Ehtirama nəsə demir.

Hər an ötüşən bu ömür

Yaşdı, başqa heç nə

deyil.

9.06.25.