Kəramət : - Balıqçı qəsəbəsi, dul qadın

Ədəbiyyat 07:17 / 08.06.2025 Baxış sayı: 1284

Balıqçı qəsəbəsi, dul qadın

balıq yeməz

balığa bənzəyən gəlin.

Uzanan qollarıdı avarlar balıqçıların

Burda sevgililər bir-birinə

"sevgilim-əzizim-gülüm" deməz

"balığım" deyər.

bircə misralıq şərqisi olar ayrılıqların

"Balıqların şahı ölüb dəryada"

Qarğıyanda

-Dənizə atılan torun boş qalsın,-deyərlər.

Balıq yeməz

qara paltarlı Balıq qadın

dəniz udmuşdu ,

balıqlara yem olmuşdu

balıqçı.