Gülnar Ümiddən GÜNÜN  SÖZÜ

Gündəm 08:31 / 05.06.2024 Baxış sayı: 3716

Bir dəfə Pervane Seyidli ilə eyni tədbirə dəvət alıb getmişik. Nə isə qayıdanda yol boyu tədbiri təşkil edənin kitabları parkda biri oturacaqda, biri yerdə, biri zibil qutusunda...

Demək istədiyim odur ki, məcbur heç kəsi görüntü xatirinə yığıb bezdirməyin ki, sonra da kitablarınız ayaq altda qalmasın. Beş nəfər gəlsin, amma o kitab üçün gəlsin. Kitabı bezib ortalıqlarda qoyub getməsinlər. Sonra düşündüm ki, bəlkə də elə belə lazım imiş. Söz deyəndə də deyirlər ki, Gülnar dikbaşlıq edir. Mən gördüyümü deyirəm, eşitdiyimi yox!

Həmin gündən bir xatirə bu qaldı, bir də paylaşmaq istəmədiyim o yerdə qalan anonim kitab. Onu isə burda paylaşmaq istəmədim.

Bir 2 nəfər və gülümsəyən insanlar şəkili ola bilər