Firidun Agazadə : - Deyirsiz, xatirə yazan vaxtımızdı?

İki il əməkdaşlıq etdiyim “Azərbaycan təbiəti” jurnalından gedəndən sonra Azərnəşrdə işə düzəldim. Bədii ədəbiyyat şöbəsində işləyirdim. Bir gün yenə nə üçünsə “Azərbaycan” nəşriyyatına getmişdim, ikinci mərtəbədə Məmməd Araza da dəydim – xəstə şair mənim xeyirxahım idi. Soruşdu, hardasan indi, iş tapdınmı, dedim, Azərnəşrdə, bədii ədəbiyyat şöbəsində işləyirəm. Dedi, həəə? Sən elə mənim dalımca gəlirsən ki..! Şair əvvəllər bu şöbənin müdiri işləyibmiş.
O gün Mətbuat Şurasına getmişdim. Bilirsiz, harada yerləşir? Məmməd Araz küçəsində. Dedim, şair, yenə dalınca gəlirəm... Sənin poeziyan möhtəşəmdir!
p.s. Gənc şair Fərid Hüseyn yazır: Məmməd Araz "...Musabəyov qəsəbəsi Sallaqxana küçəsindəki 30 saylı binada, mənzil 30-da... yaşayıb.
...Maraqlıdır ki, ömrü boyu yaşamağa düz-əməlli bir ev tapmayan Məmməd Arazın adı Bakının “Milyonerlər məhəlləsi” kimi tanınan küçəsinə verilib..."