Fərhad Tapdıqoğlunun    maraqlı   "ÜZ" yozumu...

YAZARLAR 20:00 / 15.01.2026 Baxış sayı: 2258

Bur "üzlü adam" tanıyıram.Onun hərəkətlərini görəndə düşünürsən:

" Bu adamda üzə bax ee"...

Hər dəfə onun davranışını,danışığını izlədikdə:

"Üzümün suyu tökülür"...

İstədim ona öz iradımı bildirəm,

"üzüm gəlmədi"...

O "üzlü adam"ın bir qohumu ilə "salaməleykümüm " vardı .

Fikirləşdim:

--Ayıbdır,nə deyim? "Üz üzdən utanır"...

Günlərin bir günü həmin o "üzlü adam " elə bir yüngül,quşdu,düşük,zəhlətökən hərəkət elədi ki...

"İnanın əlim üzümdə qaldı"...

Heç kimin ona "üzqaralığı"

gətirən belə qohumu ,tanışı olması...

Həmişə üzünüz gülsün.

Üzünüzü ağ eləyən yaxınlarınız, doğmalarınız çox olsun!

Üzünüzdə gülüş,təbəssüm əbədi məskən salsın!