Elnur Uğur Abdiyev - Bir gün...
Tumurcuq arzular qopur,
Ta öləcək dilək bir gün.
Quş yuvasın sökdüyündən,
Utanacaq külək bir gün.
O gün gec olacaq,bəlkə,
Günü ovutmaz o kölgə,
Düşüb çöl- çöl, bölgə- bölgə,
Əl gəzəcək ələk bir gün.
Yerin təkindən- göyədək,
Ahlar göyü göyərdəcək.
Bizə baxıb şükr edəcək,
Şeytan adlı mələk bir gün.
Bir kitabda son yazacaq,
Sonda sevgi fon yazacaq.
Yenidən qanun yazacaq,
Daş üstünə lələk bir gün.