Əlirza HƏSRƏT -  SON YARPAQ RƏSMİYƏM ÇILPAQ BUDAQDA

Ədəbiyyat 16:30 / 19.09.2026 Baxış sayı: 611

 

Çən,duman bürüyüb xatirələri,

Ahımı bayraqtək sancdığım dağda.

Həsrət nəğməsinə nəqərat kimi,-

Sükuta qərq olub dil də,dodaq da.

 

Gözlərim çəkdiyi yol da dumandı,

Dumanda yol azmaq vallah,yamandı.

Kəsmə bu ağacı zalım,amandı,

Son yarpaq rəsmiyəm çılpaq budaqda.

 

Hicran qol götürüb,qəm eləyir qəşş,

İçimdə boy verən eşqdir bu atəş.

Göylərdə özünə taxt quran Günəş,-

Basıb ağuşuna bizi torpaqda.