Əlirza HƏSRƏT - HƏR GÜLÜ SƏNƏ OXŞATDIM...
Hər gülü sənə oxşatdım,
Bağrı qan Lalədən qeyri.
Bilmədim ki nə ad verim,-
Mən sənə əladan qeyri.
Sevdasıymış butan Ayın,
O şah Ayın,sultan Ayın.
Gözlərimi tutan Ayın,-
Nəyi var halədın qeyri?
Aşıq,vur mizrabı telə,
Ürəyim gəlincə dilə.
Kim ovudar məni belə,
Çəkdiyim nalədən qeyri?!..