Əbülfət Mədətoğlu: - SEVGİMİ

Ədəbiyyat 08:51 / 19.07.2023 Baxış sayı: 1911

 

Göz yaşımda suya çəkib didəmi,

Köklənim mən "do"-da, yoxsa "si"-dəmi?!

Haqlı sayıb bu edilən sitəmi -

Yaşayıram, sevə-sevə , SEVGİMİ!

 

Əlim gəlmir ah dalınca daş atam,

Ah özü də daş biçimli, daş adam!

Sevgim mənə güc verir ki, yaşadam -

Yaşayıram, sevə-sevə , SEVGİMİ!

 

Gözüm, könlüm bir şəkilə çərçivə

O, şəkili öpürəm mən ərk ilə!

Ümidlənib, havalanıb hər cürə -

Yaşayıram, sevə - sevə , SEVGİMİ!