Əbülfət Mədətoğlu : - Bəmbəyaz göy üzü...
Başımın üstdən göy qaçıb,
Görünür nə varsa orda...
Allah yerin üstün açıb -
Çabalayır, sanki torda!
Qaralıb buludun üzü,
Şimşək də çıxıb özündən!
Sel yuyub dərəni , düzü -
Nəyi var , sıxıb gözündən!..
Titrəyir mehin nəfəsi,
Sanki budaqdan qopacaq...
Tay yerin göyə həvəsi -
Sonda işığa hopacaq!..