Bəsti Bərdəli - GECƏLƏR
Zəmi biçən küləyə bel bağlamaz,
Od olmasa, tüstü sinə dağlamaz.
Su istəsəm bulud gülər, ağlamaz,
Qar istəsəm, tanrı qarı gec ələr.
Şair sözü, söz şairi özləyir,
Ruhum eşqin nəğməsini sözləyir.
Günəş məni dan yerində gözləyir,
Görən niyə gec yeriyir gecələr?
Üşüyən ac sərçələrə dam kimi,
Qəribsəyər, darıxar axşam kimi,
Ürəyini alışdırar şam kimi,
Bəsti, sözün arasında gecələr.
BƏSTİ.
07..02....2026.