Bəhram Bilaloğlu: - Ruhum budaq olar,sənsə qonan quş
Ədəbiyyat
15:06 / 09.05.2026
Baxış sayı: 1340
Ruhum budaq olar,sənsə qonan quş,
Dərdinə min əlac qılaram sənin.
Duama sığdırıb çətinlikləri,
Qəmini gözündən salaram sənin.
Müsafir kimidir sıxıntı,qəm də,
Yağan yağış kimi buxara dönər.
Naümid olmayan adamlar bilir,
Soruşsan deyərlər,kimdədir hünər.
Yaşa bu dünyanın haqq tərəfini,
Üzülmə, etdiyin hər nə vardısa.
Qaranlıq gecədən doğular səhər,
Günəş gözlərində səhnə vardısa.