Ayaz Arabaçı - GƏLMƏZ

Ədəbiyyat 10:14 / 15.01.2026 Baxış sayı: 1574

Eşqdən xəstə düşən cana,

Min təbibdən,sağlıq gəlməz.

Fələk,məndən uzaq dolan,

Sinəm sənə dağlıq gəlməz.

 

Könlüm qoşmaz hər yad səsə,

Quşum qonmaz heç bir kəsə..

Allah özü istəməsə,

Qara günə ağlıq gəlməz..

 

Ölçü vermə hər dərziyə,

Nə toy, nə yaş, nə təziyə,

Çıxardaram tərəziyə,

Könlüm bircə ahlıq gəlməz.

 

Qəpik-quruş dövrü deyil,

Xırda-xuruş dövrü deyil,

İndi quş-muş dövrü deyil,

Yetimlərə şahlıq gəlməz.

 

Odum sönər külüm gələr,

Məzarıma gülüm gələr,

Göydən min-min zülüm gələr..

Bir yol üzürxahlıq,gəlməz.