Ayaz Arabaçı - Çalışıram mən
Ədəbiyyat
15:00 / 06.10.2025
Baxış sayı: 2448
Lap elə kül altda olsa da belə,
Közümü tutmağa çalışıram mən.
Səbrimin sonuncu telinə qədər,
Dözümü tutmağa çalışıram mən.
Gəlmişəm dünyaya sıxılmaq üçün,
Murdar adamlardan çıxılmaq üçün,
Çoxdu rahat yerlər yıxılmaq üçün-
Özümü tutmağa çalışıram mən.
Cummadım üç mənim-beş mənim deyə,
Heç kimi seçmədim düşmənim deyə,
Özüm-öz gözümdən düşməyim deyə,
Sözümü tutmağa çalışıram mən.