Ağaevli Əli Hacı -  40 illik dostum,Ustad Əjdər Ola !

Ədəbiyyat 11:00 / 17.08.2026 Baxış sayı: 308

Bu gün,Ustad Əjdər Olun doğum günüdür !

 

Canım,ağın çıxartma gəl,

Söz-söhbətdir,olur hərdən !

Ömür bir gün,beş gün olur

Bir də gördün çıxdı əldən !

 

Hardan gəldi əsən külək,

Fikir vermə,burax başın !

Yerdi,göydü öz işi var,

Yiyəsi var hər bir işin !

 

Dağı gətir,mən daşıyım,

Sən,sinəmdə düzdə gəzin !

Göz yaşımda islanarsan,

Ürəyimdə,sözdə gəzin !

Qara torpağın üzünə,

Göy üzündən qar ağ düşür !

El üçün ağlayan Adam,

Ev-eşikdən uzaq düşür