Adilə Səfərova - Elə kövrəlmişəm ki...
Ədəbiyyat
17:55 / 08.02.2026
Baxış sayı: 3163
Elə kövrəlmişəm ki...
Qüssə yükü canımda,
kədər burulğanında
elə kövəlmişəm ki...
Xatirə yağmurunda
elə nəmlənmişəm ki..
Göy qaraltsa üzünü,
Bulud sıxsa gözünü,
Gözlərimin yaşına
yağışı çata bilməz.
Qəlbimdə qüssə-qəmi
Yağış da ata bilməz.
Elə kövrəlmişəm ki...
.Adilə Səfərova
8 fevral 2026-cı il