Adil Şirin : - Göy üzü damar-damar
Gözümə yuxu getmədi,
Ulduzları bir-bir saydım yetmədi,
Gecə Aya baxıb səni düşündüm.
Mən qanad açıb uçmadım,
Sənə könül açmadım,
Gecə Aya baxıb səni düşündüm.
#. #. #
Göy üzü damar-damar,
Şəhərdə yay yağışı.
Pəncərəmin şüşəsində
Ayrılığın naxışı.
Hər sevginin sonunda
İki damla göz yaşı...
#. #. #
Biganə ürəkdə sevgi olarmı,
Biganə gözlər yaşla dolarmı?
Gözlərində gerçəklərin
Süni işartısı var.
Yay günü birdən-birə
Ömrümüzə yağdı qar.
Adil Şirin