Zəka Vilayətoğlu - Çox şükür...

Ədəbiyyat 07:43 / 18.11.2025 Baxış sayı: 3140

Çox şükür, dərd bölməyə

Telli sazım var, Allah,

Qışdan sonra gələcək

Güllü yazım var, Allah!

 

Çox da ki dərdim çoxdur,

Qəlbim ümiddən toxdur

Çoxunun çoxu çoxdur,

Şükür, azım var, Allah!

 

Dilim var danışmağa,

Gücüm var, dağ aşmağa,

Ocaq tək alışmağa,

Odum, közüm var, Allah!

 

Könlümü verdim meyə,

Bir də yanıqlı neyə

sənə doğru gəlməyə

Bax, gör, üzüm var, Allah?!