UNUDULMAYIM - yazdı Ələddin Əzimli
Bu şeiri dostlara yazdım,
Yazdım ki, unudulmayım.
Şəklimi divardan asdım,
Asdım ki, unudulmayım.
Heç zaman həddi aşmadım,
Zəiflə qarşılaşmadım.
Məclisdə boş danışmadım,
Susdum ki, unudulmayım.
Çiçəyi vaxtsız dərmədim,
Torpağın üstə sərmədim.
Pislərlə bəhsə girmədim,
Küsdüm ki, ynydulmayım.
Əzizlədım hər vaxt səni,
Məskən etdim bu çəməni.
Namərdlərlə əlaqəni,
Kəsdim ki, unudulmayım.