Tahir Rzayev, millət  vəkili -  "AQTA artıq yerlərdə müvafiq orqanlarla  birgə  tədbirləri genişlədirir."

Sağlamlıq 20:12 / 27.10.2025 Baxış sayı: 3878

“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklər yayılır. Mövsümi amillərdən asılı olaraq müxtəlif xəstəlik törədicilərinin yayılma riski region ölkələri, o cümlədən Azərbaycan üçün də real təhlükə yaradır. Respublikanın Baş Dövlət Baytarlıq Müfəttişliyinin imzaladığı müvafi qərara əsasən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında artıq 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə məqsədli məhdudiyyətlər tətbiq olunur”.

Yenises.az bildirir ki, bunu   ölkə  mətbuatına açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Millət  vəkili  vurğulayıb  ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ( AQTA ) tərəfindən də bir sıra zəruri tədbirlər görülür: “Belə ki, heyvan bazarlarının sahibləri tərəfindən bazar ərazilərində dezinfeksiya tədbirləri görüləcək. Bu prosesdə sağlamlaşdırma işlərinin həyata keçirilməsi çox vacibdir. Bazarların ərazisi hasarla sərhədləşdirilir, giriş və çıxış zonalarında dezobaryerlər yaradılır, mütəmadi olaraq dezinfeksiya və təmizləmə işləri həyata keçirilir. Həmçinin kəsilən hər heyvan həkim nəzarəti altındadır, heyvanların daşınmasının müvafiq təlimatlara uyğun olması diqqətdə saxlanılır. Eyni zamanda ölkəyə idxal olunan heyvanlar karantinə salınaraq, onlara mütləq klinik baxış keçirilir, labaratoriya nümunələri götürdükdən sonra kəsim prosesi həyata keçirilir. Ancaq bu o demək deyil ki, ölkə üzrə heyvan kəsimi məntəqləri öz fəaliyyətlərini dayandırır. Əksinə onlar işləyir və kəsim məqsədilə ölkəyə daxil olan heyvanlar 72 saat ərzində kəsilməlidir. AQTA artıq yerlərdə müvafiq orqanlarla tədbirləri genişlədirir. Bu tədbirlərə yerli icra hakimiyyət orqanları, bələdiyyələr də qoşulub.

Sözügedən yoluxucu xəstəliklərin aradan qaldırılması bilavasitə insanların sağlamlığına xidmət edir. Çünki bu xəstəliklər heyvanlara kütləvi zərər verə bilər. Ona görə də bu istiqamətdə müvafiq labaratoriyalar öz işini genişləndirir və burada xüsusi təhlükəli heyvan xəstəliklərinin aşkarlanması və müalicəsi üçün zəruri maddi-texniki baza mövcuddur. Vətəndaşlar özləri də bu məsələdə diqqətli olmalıdırlar. Onlar xəstə heyvanları müşahidə etdikdə mütləq müvafiq orqanlara məlumat verməli, xəstə heyvan ətindən istifadə etməməlidirlər. Buna görə də vətəndaşlar mütləq şəkildə diqqətli olmalıdırlar”.