Tahir Rzayev, komitə sədri : - " Bu ölkənin inkişafını xarakterizə edən və ona geniş imkanlar yaradan bir üsuldur”
Ana səhifə•İqtisadiyyat•Xəbər detalları
Rəsmi bölgüyə görə, Azərbaycan Respublikasının tərkibinə Naxçıvan Muxtar Respublikası, 64 rayon, 79 şəhər, 263 qəsəbə və 4244 kənd daxildir.
Ölkə 685 bələdiyyəyə bölünüb, həmçinin 14 iqtisadi rayon yaradılıb: Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Mərkəzi Aran, Şirvan-Salyan, Lənkəran-Astara, Mil-Muğan, Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan.
Azərbaycan ərazisinin vilayətlərə (mahal, diyar, el, qəza, dairə) bölünməsi, bu cür idarəçiliyə keçilməsi mümkün və gərəklidirmi?
Mövzuya münasibət bildirən Milli Məclisin Regional komitə sədri Tahir Rzayev vurğulayıb ki, idarəetmədə islahatların aparılması çox vacib, həm də məsuliyyətli işdir: “Çünki idarəetmənin düzgün təşkili ölkə iqtisadiyyatının inkişafı, insanların rahatlığının təmin olunması, qarşıya qoyulan vəzifələrin vaxtında, operativ qaydada həyata keçirilməsi üçün əhəmiyyətlidir. Bu baxımdan da cənab Prezidentin tapşırığı ilə son illər idarəetmədə bir çox mühüm islahat həyata keçirilib, kadr potensialının yüksəldilməsi, tələbkarlığın artırılması, tapşırılan işə qayğı ilə yanaşılması, əhaliyə nümunəvi xidmət göstərilməsi sahəsində əsaslı tədbirlər görülüb. İşğaldan azad olunmuş ərazilərdə xüsusi nümayəndəliklərin yaradılması və onların bilavasitə Prezident qarşısında vaxtaşırı hesabatlar verməsi işlərin səmərəli həyata keçirilməsinə xidmət edir. Bu özünü doğruldub. Artıq işğaldan azad olunmuş ərazilərdə möhtəşəm tikinti, quruculuq və abadlıq işləri görülür. Xüsusi nümayəndələr bu vəzifələrin icrasında mühüm rol oynayır və işlərini günün tələbləri səviyyəsində qurmağı bacarırlar.
Sözsüz ki, bundan sonra da islahatlar davam etdirilməlidir. Çünki bu, dövrün tələbi olmaqla yanaşı, ölkənin inkişafını xarakterizə edən və ona geniş imkanlar yaradan bir üsuldur”.
T.Rzayev bildirib ki, regionların vilayət, mahal, diyar, qəza və ya başqa formada idarəçiliyi ölkə rəhbərinin səlahiyyətlərinə aid məsələlərdir: “Hələlik bu barədə müəyyən mülahizələr səsləndirilir. Əgər ölkə başçısının bu yöndə təşəbbüsü olarsa, gələcəkdə regional idarəetmə qurumlarının yaradılması həyata keçirilə bilər. Hazırda isə ölkədə iqtisadi inkişaf təmin olunub. Regionların sosial-iqtisadi inkişafı istiqamətində dörd dövlət proqramının reallaşdırılması, icra strukturlarının səmərəli fəaliyyəti və digər qurumların birgə işi müsbət nəticələr verib. Sözsüz ki, bu yol daha sistemli şəkildə davam etdirilməlid