Yadigar Təvəkgul - Bəlkə inciyərsən bu salamlardan

Ədəbiyyat 14:18 / 05.05.2026 Baxış sayı: 189

Bəlkə inciyərsən bu salamlardan,

Bəlkə xoşa gəlmir necəsən demem.

Bəlkə mən bilmirəm, xəbərim yoxdur,

Bəlkə də xoşuna gəlməyən mənəm

 

Yəqin sən bilmirsən bu söz,bu mısra,

Sənsiz yetim qalır, nizama düşmür.

Dəcini yel pozmuş durnalar kimi,

Süzür buludlarda, yurduna köçmür.

 

Sətirlər itirir öz cıgırını

Qovuşmur mənalar yol ayrıcında

Nə qədər suallar qalır cavabsız

Susan dodaqlarda.,dilin ucunda

 

Bəlkə sən bilmirsən nə çəkir şair,

Susuz balıq kimi çırpınır səssiz .

Sənin sukunda cırpınan kəsə

Dünya dəniz olur qalır nəfəssiz.