Saqif  Qaratorpaq - QALARSAN

Ədəbiyyat 09:26 / 23.11.2026 Baxış sayı: 319

***

Məni belə qırma,belə soyutma,

Gedərəm,üzümə həsrət qalarsan.

Yığaram yollardan ayaqlarımı,

Gedərəm,izimə həsrət qalarsan.

 

Darıxsan,bir doğma qucağın olmaz,

Dönməyə bir küncün,bucağın olmaz.

Bir də isinməyə ocağın olmaz,

Oduma,közümə həsrət qalarsan.

 

Qəmli gözlərində yaşa dönərəm,

Ağaca dönərəm,quşa dönərəm.

Susaram,bir qara daşa dönərəm,

Gedərəm,sözümə həsrət qalarsan.

12.04.2025.