Arzu  Hüseyn - Necə oldu, yollar səni yormadı?

Ədəbiyyat 21:38 / 22.11.2026 Baxış sayı: 168

Necə oldu, yollar səni yormadı?

Gecə oldu, ulduz aya qovuşdu.

Taleyimə yazdım səni, olmadı,

Uşaq kimi olmazlara alışdıq.

 

Xəzan oldu hələ dünən gül açan,

Hədər oldu neçə-neçə fəsillər.

Dirənmədik bu sevgidə sonacan,

Aramızda soyuq yellər əsirlər.

 

Bu nə gücdür dalğaları oyadan?

Dəyişibdir çalarları rənglərin.

Birdəfəlik çıx ömrümdən, ay adam,

Kəs arasın məktubların, zənglərin.

Necə oldu, yollar səni yormadı?

Boyun əydim intizara, dərdə mən.

Bu nağılın sonu gözəl olmadı,

Almaları cin apardı, birdənəm